Thursday, October 23, 2014

Balanced Scorecard və KPİ

Balanslaşdırılmış Göstəricilər Sistemi (Balanced Scorecard) və KPİ  
İdarə etmə qərarlarının verilməsi zamanı rəhbərlər müxtəlif  və böyük həcmdə  məlumatlardan istifdə etmək məcburiyyətindədir. Müxtəlif  struktur bölmələri öz sahələri üzrə qarşılaşdıqları problemləri və hədəflərin icrası haqqında müstəqil şəkildə şirkət rəhbərliyini məlumatlandırır.  Nəticədə verilmiş qərarların səbəb- nəticə əlaqələsi pozulur , bir sözlə qeyri effketiv idarəetmə qərarlarının verilməsinə səbəb olur.




90-cı illərin əvvəlində Devid Norton və Robert Kaplan tərəfindən –yeni Strateji idarəetmə medeli –Balanslaşdırılmış göstəricilər sistemini (Balanced  Scorecard) təqdim etdilər.
İfadə olaraq “Balanced”- balanslaşdırma mənsaını verir. “Scorecard”-Qolf oyununda oyunçu üçün tələb olunan məlumatları sıxılmış şəkildə kiçik kartlarda istifadəsi üçün nəzərdə tutulmuşdur.

Hədəflərə nail olmaqda BSC-nin rolu!
Balanslaşdırılmış göstəricilər sisteminin əsas ideyası- Rəhbərliyi qərar vermək üçün tələb edilən  əsas məlumatları strukturlaşdırılmış təqdim etməkdir. Bu məlumatlar bir tərəfdən yığcam digər tərəfdən şirkətinin fəaliyyətini əks etdirəcək şəkildə olmalıdır
Ənənəvi olaraq Rəhbərləri şirkəti əsasən maliyyə nəticələrinə istiqamətlənərək idarə edirlər. Təsəvvür edək: Maliyyə direktoru maliyyə ilində gəlirin 30 % artdığını bildirir. Düşünmək olarkı hər şey çox qaydasındadır. Əgər dərin analiz etsək görərik ki, Debitor borcların yığılmasına problemlərin olduğunu, distribyutorların rəqiblərlə əməkdalığının intensivləşdiyini, müştəri məmnuniyyətinin aşağı düşdüyünü müşahidə edə bilərik, Maliyyə direktoru isə işdən ayrılmaq haqqında müraciət göndərib . Bir sözlə şirkətin ancaq maliyyə nəticələri əsasında idarə edilməsi Avtomobilin ancaq arxa güzgələrinə baxaraq idarəedilməsinə bənzəyir.
Balanslaşdırılmış Göstəricilər sisteminin ənənəvi şəkildə bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli olan dörd blokdan ibarətdir.
·        Maliyyə/İqtisadiyayt
·        Müştəri/Bazar
·        Biznes proseslər
·        Təlim və İnkişaf/İnfrastruktur və Əməkdaşlar

Belə olduqda müəssisə rəhbəri təyyarə pilotu kimi qarşısında “Alətlər paneli” əsasında təyyarəni idarəetdiyi kimi müəssisəninin fəaliyyətini idarə edir. Balansalaşdırılmış göstəricilər sisteminin əsas prinsiplərindən biri –Ölçülə bilmə prinsipidir. Şirkətin fəaliyyəti üçün önəmli olan bütün faktorlar bu və ya digər şəkikdə ölçülməli və göstəricilər şəklində rəhbərliyə təqdim edilməlidir. Konsepsiyanın devizi -"If you can't measure it, you can't manage it" (Əgər sən onu ölçə bilmirsənsə sən onu idarə edə bilməzsən)

BSC-də istifadə edilən maliyyə  perspektivi bir qayd olaraq  “Gecikmiş” göstərici hesab edilir. Beləki Maliyyə nəticələri əldə edildikdən sonra reaksiya vermək artıq gecdir.  Ancaq digər perspektivlər  –“Müştəri”, “Biznes proses “ və “Təlim və inkişaf” erkən göstərici hesab edilir. 
BSC-modeli çərçivəsində qeyd edilmiş 4 perspektiv bir biri ilə strateji səbəb nəticə əlaqəsi ilə bağlıdır.



          İdarəetmə qərarları verərkən ancaq maliyyə nəticələrinə əsaslanmayıb, şirkətə bazarda təsir göstərən digər faktorları nəzərə alıb qərarların verilməsi Balanslaşdırma (Balanced ) ideyasının əsasında durur.

Maliyyə(İqtisadiyyat)  Perspektivi
BSC-korporativ strategiya və maliyyə hədəfləri arasında əlaqəni təmin etməklə fəaliyyətin effektivliyinin artırır
Maliyyə hədəfləri biznesin bu və ya digər tsikldə olmasında asılı olaraq bir birlərindən köklü şəkildə fərqlənə bilər. Biznes strategiya nəzəti olaraq bir necə strateji inkişaf növləri təqdim edir-Bazar payının aqresiv şəkildə artmasında tutmuş, bazardan ayrılma və ya həmir bazarda fəaliyyətin tamamilə dayandırılamsı
·        İnkişaf
·        Sabit vəziyyət
·        “Məhsul” yığımı
Bir qayda olaraq şirkətin fəaliyyəti üçün əsas olan və qərar vermık üçün dəyər qatan əsas göstəriciləri özündə əks etdirir

Müştəri (Bazar) Perspektivi
          Müştəriyə eləcədə bazara istiqamətlənmiş hədəf və göstəricilərdən ibarətdir.
Müştəri perspektivini ölçmək üçün
·        Bazar payı
·        Yeni müştəri sayı
·        Müştəri məmnuniyyət indeksi kimi   göstəricilərdən istifadə edilir.

Biznes Proses Pespektivi
          Şirkıtin fəaliyyət göstərdiyi sektorda aslı olaraq effektivliyini və müştəri məmnuniyyətini artırmaq üçün görülən işləri və proseslərin effektivliyinin artırılmasına istiqamətlənmiş hədəfləri özündə əks etdirir.
·        Bu göstəricilərə
·        Yeni məhsulun layhələndirmə müddəti
·        Məhsulun hazırlanma müddəti
·        Proseslərin avtomatlaşdırılma indeksi
·        Proseslərin maliyyəti kimi göstəriciləri misal gösərmək olar

Təlim və İnkişaf/İnfrastruktur və Əməkdaşlar
          Şirkətin qarşısına qoyulmuş strateji hədəflərin icrasına istiqamətlənmiş infrastruktur, personal və digər boşluqların aradan qaldırılamsını təmin edən göstəricilər qruplaşdırılır.
Bu göstəricilərə
·        İT infrastrukturun effektivlik indeksi
·        İR xərclərinin həcmi
·        Daxili müştəri məmnuniyyəti kimi göstəriciləri aid etmək olar.




Səbəb- nəticə əlaqəsi BSC-də strategiyanın hazırlanması zamanı istifadə edilir.
BSC-modeli çərçivəsində strategiyanın hazırlanması –Hansi maliyyə nəticələri bizi və səhmdarlar üçün məqbul sayıla bilər ? (Maliyyə/İqtisadiyyat) sualına cavabla başlayır . İkinçi sual: Qarşımıza qoyduğumuz maliyyə hədəflərinə çatmaq üçün müştərilərimizin gözündə  rəqiblərimizlə müqaisədə necə təəssürat yaratmalıyıq ? (Müştəri/Bazar perspektivi). Üçüncü sual: Qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün proseslərimiz necə olmalıdır? (Daxili biznes proseslər). Sununcu sual:  Biznes Proseslər və prosesləri optimallaşdırmaq üçün hansı infrastruktura və personala sahib olmalıyıq ?) (Təlim və İnkişaf/İnfrastruktur və Əməkdaşlar).
Nümunə: Müştəri/Bazar perspektivi üzrə



Strateji Hədəflər
İndiqatorlar(KPİ)
1.       Satış həcminin artırılması  
·         Azərbaycan bazarı üzrə satış
·         Türkiyə bazarı üzrə satış
·         Satışın artım tempi
2.       Bazar payının artırılması  
·         Azərbaycanda şirkətin bazar payı
·         Türkiyədə şirkətin bazar payı
·         Şirkətin fəaliyyət göstərdiyi regionlarda ümumi bazar payı
3.       İmicin yaxşılaşdırılması
·         İlik tanınma indeksi
·         Alternativ məhsul üzrə secilmə indeksi  
4.       Müştəri məmnuniyyətinin artırılması
·         Müştəri məmnuniyyət indeksi
·         Təkrar satışların həcmi
·         Təkrar satışların sayı
Balanslaşdırılmış göstəricilər sistemi bir qayda olaraq tətbiq edildiyi halda şirkətin bütün srukturlarının və əməkdaşlarının bir məqsəd və hədəf uğrunda fəaliyyətini təmin edən ən effektiv sistemdir. Sistem tətbiq edən  halda qərb  və yerli şirkətlərin şirkətlərinin təcrübəsi sistmein effeltiv olduğuna əsas verir.

“Parçala və İdarəet”-  ağıllı qaydadır; ancaq “Birləşdir və istiqamətləndir” daha yaxşıdır.
 İohann Volfqanq  fon Göte

1 comment:

Kira Roza said...

Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.