Friday, September 7, 2012

Kompetensiya əsaslı idarəetmə -1




Kompetensiyaların idarəedilməsi sistemi Şirkətlərdə dəyərlər əsasında hazırlanır və Şirkətin strateguyasının icra edilməsinə yönəlmiş sistemdir.
Kompetesiyaların idarəedilməsi sisteminin əsas məqsədi əməkdaşlarıın peşəkarlığının artırılması və idarəedilməsi ilə  Şirkətin bazarda rəqabət qabiliyyiyətliyinin formalaşdırılmasını təmin etmək və personalın idarəedilməsi sahəsindəki yanaşması dahada sistemləşdirilməsidir
Kompetensiyaların idarəedilməsi sistemi:
·         İşə qəbul;
·         Təlim və inkişaf;
·         Personalın qiymətləndirilməsi;
·         Motivasiya;
·         Rotasiya;
·         Karyera planlaşdırma;
·         İdarəçilərin yetişdirilməsi;
   ·   Əmək haqqı sisteminin tərkib elementi kimi istifadə etməklə idarəetmədə şəffaflığı təmin etməkdir

                KOMPETENSİYA ANLAYIŞI
              Kompetensiya- İş funksiyalarını müvəffəqiyyətlə icra edə bilmək üçün işçidən tələb olunan bilik,    
              bacarıq və davranış standartlarıdır.

Kompetensiya sisteminin tətbiq edilməsinin  6 əsas prinsipi
"Bilik", "Bacarıq", və "Kompetensiya"  anlayışlarının açıqlanması
"Bilik" - İşin görülməsi üçün əldə edilərək istifadə edilməli olan informasiya
"Bacarıq" - Nəticə əldə edilməsi üçün əldə edilmiş biliklərin tətbiq edilməsi.
"Kompetensiya"- Bacarıqların müəyyən edilmiş standarta uyğun olması

KOMPETENSİYA MODELİ.

            Kompetensiya modeli - Əməkdaşın funksiyalarını müvəffəqiyyətlə icra edə bilməsi üçün ondan tələb              
                olunan kompetensiya və  davranış indiqatorların toplusudur.
Effektiv kompetensiya modeli  tez başa düşülən, sadə şəkildə izah edilə bilən və sadə struktura malik olmalıdır. Modelin tətbiq edilməsini sadələşdirmək üçün kompetensiyaların  18 dən cox olmaması təklif edilir.

KOMPETENSİYA NÖVÜ

           Korporativ kompetensiyalar - Şirkətin dəyərləri  əsasında formalaşır və vəzifəsindən asılı  
            olmayaraq             şirkətdə olan  bütün  vəzifələrə şamil olunur.

           İdarəetmə kompetensiyaları-  Bu kompetensiyalar şirkətdə idarəetmənin bütün səviyyə    
           rəhbərlərinə  tətbiq edilir.
           Peşəkar kompetenisyalar  - Müxtəlif strukturlarda olan vəzifələr üçün tələb olunur.

KOMPETENSIYANIN  DƏRƏCƏLƏNDİRİLMƏSİ

Kompetensiyaların dərəcələndirilməsi zamanı 5 səviyyədə olması tövsiyyə edilir.  Beləki dərəcələndirmə zamanı səviyələrin çoxluğu qiymətləndirmə prosesini mürəkkəbləşdirir.

               

ardı var...


No comments: