Friday, September 28, 2012

Kompetensiya əsaslı idarəetmə -2


KOMPETENSIYANIN  DƏRƏCƏLƏNDİRİLMƏSİ

Kompetensiyaların dərəcələndirilməsi zamanı 5 səviyyədə dərəcələndirilməlidir. Beləki dərəcələndirmə zamanı

səviyələrin çoxluğu qiymətləndirmə prosesini mürəkkəbləşdirir.

                                                 

VƏZİFƏ PROFİLLƏRİ

Bütün vəzifələr üzrə işin xüsusiyyətləri nəzərə alınaraq  özündə kompetensiyaları əks etdirən 

Vəzifə  profilləri hazırlanır. Vəzifə profilləri gələcəkdə işə qəbul prosesinin təkmilləşdirilməsinə gətirib

çıxaracaq.

KOMPETENTLİK   ƏSASINDA QİYMƏTLƏNDİRMƏ

Kompetentliklərin aşağıda qeyd edilən məsələlərin həllinə nail olmaq üçün istifadə etmək mümkündür.
Əməkdaşların indiki səviyyəsi və tləblərə uyğunluğu
Yüksək nəticə göstərən əməkdaşlardan Rezerv kadrların hazırlanması  və individual inkişaf planının   hazırlanması
Müəyyən kompetentliklərin inkişafına istiqamətlənmiş təlim proqramlarının hazırlanması.(Vəzifəsində asılı olmayaraq kompentendiyadan yüksək nəticə almış əməkdaşların təlimləri verməsi mümkündür.)
 İşə qəbul zamanı namizədlərin seçilməsi zamanı
Uğurlu nəticələr əldə etmiş əməkdaşların  Əmək haqqı və kompensasiya paketində müəyyən dəyişikliklər    etmək üçün istifadə edilə bilər.

Kompitentlik əsasında qiymətləndirmənin şirkət üçün üstünlükləri:

 Hər bir əməkdaşın güclü və zəif cəhətinin təyin edilməsi
Karyera planlama və Kadr rezervinin formalaşdırılması
Görülən işlərin icrasının  keyfiyyət standartının formalaşması

Əməkdaş üçün üstünlükləri
Öz güçlü və zəif tərəfləri haqqında məlumat almaq, potensialı və karyera imkanları haqqına biliklərlə təmin  edilməsi
Əməkdaş effektivliyini təmin etmək üçün hansı keyfiyyətlərə sahib olması haqqında məlumat alması

           
Kompetensiyalar Əsasında Qiymətləndirmə sistemi.

Kompetensiya Bazasının Formalaşdırılması
Strukturun iş xüsusiyyətləri nəzərə alınaraq  struktur rəhbəri ilə birilikdə hər bir vəzifə üzrə  tələb olunan
kompetensiyalar müəyyənləşdirilir. Təyin edilmiş kompetensiyalar bazada uçotdan keçirilir.
Kompetensiya bazası özündə kompetensiyanın təsviri, aid olduğu vəzifə, kompetensiya kim tərəfdən müəyyən
edilmə və  Müəyyən edilmə üsulu haqqında məlumatı özündə əks etdirməlidir.
 Kompetensiya modelinin formalaşdırılması
Kompetensiya bazası əsasında müxtəlif vəzifə qrupları üçün aşağıda qeyd edilən nümunələr əsasında
Kompetensiya modelləri hazırlanır

Əvvəlki məqalə



No comments: