Wednesday, August 29, 2012

O məşhur Yer kökü və ya İnsan Resursları İdarəedilməsinə Giriş





İnsan Resurslarının idarə edilməsi haqqında  Bütün dünyada müxtəlif şirkətlərdə, idarəetmə üzrə mütəxəssislər tərəfindən insanların biznes hədəflərə çatması istiqamətində fəaliyyətini təmin etmək üçün müxtəlif nəzəriyyələr irəli sürmüşdülər. Bü nəzəriyələri cəmləşdirib Mütləq kimi qəbul edə biləcəyimiz bir necə qaydalar ortaya çıxır.

Qayda 1: Şirkətin istənilən problemi - Şirkətin İnsan Resurslarının İdarəetməsinin  problemidir.
İşçilərin Performasnının aşağı düşməsi son nəticə ilə biznesin rentabelliyinə və əməliyyat fəaliyyətinə güclü təsir göstərir.  Bü günkü gündə Şirkətlərdə personalın inkişafına və təlimlədnirilməsinə cox ciddi  əhəmiyyət verilməsməsi  personalın günün tələblərinə cavab verə bilməyən qeyri kompetent əməkdaşlara çevirir. Bunun qarşısını almaq üçün müəyyən korporativ və sosial tədbirlərin görülməsi vacibdir: Təqaüd proqramlarının təşkili, təcrübə proqramlarının keçirilməsi, Təlimlərdə iştirak  və s  Böyümək inkişaf etmək istəyən Şirkət mütləq şəkildə müəyyən dəyişikliklərə getməyə məcburdur və Şirkət bu addımı atdıqda Personalın bu dəyişiklikəri başa düşüb düzgün reaksiya verməsi lazımdır bu olmadığı hadla nəticəni təsəvvür etmək üçün "Falçı" olmaq lazım deyil.  Bu halda Qayda 2 -nin əhəmiyyəti önə çıxır.

Qayda 2: Şirkətin Əməkdaşları- Ancaq Hal hazırda Şirkətdə işləyən Əməkdaşlar yox Eyni zamanda Gələcəkdə Şirkətdə İşləyəcək və Şirkətdən ayrılmış insanlardır.
Qayda 1 də qeyd edildiyi kimi Personalın İnkişaf etdirilməsi üçün Təlimlər vacibdir. ancaq bu zaman Əməkdaşın Hədəfləri ilə Şirkətinin Hədəflərinin uzlaşmasının önəmi ortaya çıxır. Əməkdaş özünü inkişaf etdirdikcə onun bazar qiymətinin qalxır və bu gələcəkdə Sistemli Motivasiya Sistemi olmayan Şirkət üçün Əməkdaşın ondan ayrılmasına gətirib çıxarır. (Bele olan Halda Bu tip Şirkətin Bazarda Ancaq Bufer zona rolu oynadığı kimi təsurat ortaya cıxır.) Və nəticədə Sizə Bu keyfiyyətlətə cavab verə biləcək Peşəkar lazımdır Siz nə edirsiniz Bazar Qiymətində yuxarı əmək haqqı verməklə kənardan Əməkdaş cəlb edirsiniz.( Maraqlı məqam odurki Yeni Əməkdaş Gəldikdə sizin sistemi öyrənməsi və bizinesi başa düçməsi ən azında 3  ay vaxt alır Bu işə mövcud bazar şərtlərində çox önəmlidir. Mən hələ sizin Yeni əməkdaşın daha əvvəl işdən ayrılan işçi kimi edəcəyi ehtimalları haqqında danışmıram ). Bax bu vaxt biz  Qayda 3-ün nə dərəcədə əhəmiyyətli olduğu haqqında düşünməyə başlayırıq.

Qayda 3: Şirkətin effektivliyini artırılmasının ən qısa yolu Personalın və Şirkətin Hədəflərinin mümkün ola biləcəyi qədər uzlaşdırılmasıdır.
Bu gün İnsan Resurslarının idarəedilməsi dedikdə bu Heçdə İnsan Resursları xidmətlərinin insanları idarəetdiyi mənasına gəlməməlidir. Səbəbi cox sadədir  İnsanları Xətti və ya Funksiyonal menecerlər idarə edirş . İnsan Resursları strukturunun rolu bu idarəetməni hər iki tərəfi razı sala biləcək metodlarla təmin etməkdir.  Əgər bu təmin olunmursa  günahkar axtarmaq lazım gəldikdə ancaq İnsan Resursları strukturunu yox eyi zamanda Xətti menecerləri sorğulamaq lazımdır .

Qayda 4 : İnsan Resurslarının İdarə edilməsinin problemi-Xətti və İnsan Resursları menecerlərinin ümumi problemidir.
Bu gün MDB -də  bir çox şirkətlərdə İnsan Resursarı strukturlarının fəaliyyətini analiz etdikdə bir cox halldara əməkdaşalrın kargüzarlıq,  kadrların yerdəyişməsi, işə qəbul və təhsilə yüləndiyini görmək olar. İnsan Resurslarının Strateji idarəedilməsi heç bir fəaliyyətlərin görülməməsi İR strukturlarının düzgün istiqamətdə getmədiyinə bir işarədir.  Bir cox Təşklatla bu istiqamətdə heç bir fəliayyət aparmır və əksinə bu işin perespektivsiz olduğu qənaətindədir. Bu Halda Qayda 5- Xatırlatmaq istərdim 
.
Qayda 5: İşçilərin İdarəedilməsinin  həmişə həm Strateji (İnsan Resurslarınin idarəedilmsi) həmdə əməliyyat (Personalın idarə edilməsi ) tərəfləri vardır .

No comments: