Tuesday, August 28, 2012

Alisa möcüzələr ölkəsində və ya İdarəetmənin əsasları.


Alisa möcüzələr ölkəsində -İngilis riyaziyatçısı, şairi və yazıçısı Çarlz Lyutvic Conson ( Lyuis Kerrol ləqəbi ilə) tərəfindən yazılmış və 1865 ci ildə çapa verilmişdir. Yəqinki hər kəs bu əsəri oxuyub və filmlərinədə baxıb. Hər yeni versiyasında  filmləri  prokatlarda yığım rekordları qırır.  Sujet xəttni diqqətlə  nəzər salsaq mövcud kitabın idarəetmə haqqında çox gözəl əsar olduğu qənaətinə gəlmək olar.
Əsas məqamları aşağıdakı kimi qeyd etmək olar.

1. Alisanın yol ayrıcında  pişiklə söhbəti
- Mən hansı yolla  getməliyəm -"Alisa"
-Sən hara getmək istəyirsən-"Pişik"
-Fərqi yoxdu -"Alisa"
- Bele olduğu halda hansı yolla getməyinin heç bir əhəmiyəti yoxdu- "Pişik"
Hara getmək, Necə Getmək, Nə üçün , Nə vaxt və s bu tipli suallar  bu sualların cavablandırılması şirkətləri irəli aparacaq  qərarların ortaya çıxarılmasını təmin edir.


2. Alisanın bir yerdən başqa yerə keçmək üçün böyüyü və kiçildiyi hissə: Biznesdə Strateji hədəflərin icrası şirkətin uzun müddətli və davamlı inkişafının təmin edilçməsi ancaq böyümə strategiyasına bağlı olmayıb  Eyni zamanda işgüzar mühiti nəzərə alaraq məqsəd yönlü şəkildə kiçilmə qəbul edilən haldır. Son İqtidadi böhran bu üsulun effektivliyini birdaha ortaya çıxardı. Təbii ki bu üsul ancaq mehdud pul ehtiyatı olan təşkkilatlar üçün effekltivdir. Əksinə Güclü kapital ehtiyatına mailk  müəssələr iqtisadi böhrandan yeni bazarlar əldə edərək qalib çıxdılar.

Bu yazı Bloqda ilk yazım olacaq  çalışaçam ki, bildiklərimi və oxuduqlarımı paylaşım inanıram ki bu yazıların kimlərinsə dunya baxışının dəyişməsinə  və mənim öz inkişafımada təsiri olacaq. 

No comments: