Personal
Planlamasına necə başlamaq
İlkin mərhələdə Şirkətin hədəfləri, biznes vahidinin və Strukturların hədəfləri əvvəlcədən
müəyyənləşdirilir. Bu mərhələdə qoyulmuş hədəflərə çatmaq tələb olunan
personalın sayının, kompetentliyinin, və
ehtiyacın müəyyənləşdirilməsi üçün İR-ı
məsləhətçi qismində çıxış edir. Vəzifələr üçün tələb olunan kompetentlik və əməkdaşların
mövcud kompetentliyi (BBİ-Bilik bacarıq və imkanları) -analiz edilir. ( Nəticədən asılı olaraq müxtəlif təlim
proqramları təşkilm edilə bilər və ya kənardan əməkdaş axtarmaq lazım gələ bilər)
Əsas məsələ Fərqin (GAP) müəyyən edilməsidir.
Daha sonra müxtəlif metdolarla işçi sayını planlaşdırmaq
olar məsələn
1.Hədəflərin Analizi- İş həcminin
keçən ilə nisbətdə artımı və ya azalmasına uyğun olaraq işçi sayının
planlaşdırılması mümkündür. (təbii ki bu kütləvi ixtisas sahiblərinə aiddir. bu
işi daha da asnlaşdırmaq üçün iş şirkətdə iş ailələri üzrə bölgünün
aparılmasına + vəzifə ailəsi daxilində vəzifələrin
nisbətinin müəyyənləşdirilməsinə ( 15 mühəndisə 1 baş mühəndis vəs bu tipdə bir
şey.) zərurət yaranacaq.)
2. Kompetentlik analizi -
Personaldan tələb olunan bilik bacarıq və imkanları dəqiq təyin edilməsidir:
Bir işi iki nəfərə gördürün nət birinə 10 AZN vermək olar və keyfiyətinə şübhə
ilə yanaşmaqdansa və ya bir adama 16-17
AZN işin keyfiyyətindən əmin ola bilərsiniz.
Kompetentliyi müxtəlif modelləşdirmə metodundan istifadə edib müxtəlif
iş ailələrinə görə müxtəlif tələblər təyin etmək olar. Bu metodun verdiyi nəticələri
İR idarəedilməsinin demək olarki bütün sahələrində istifadə etmək olacaq
Aşağıdakı nümunədəki kimi
3. Statistik metdolarla
3.1 Ştat cədvəlinə əsasən
-Ştat cədvəlində boş qalan yerlər.
-İşə yenidən bərpa olunan əməkdaşlar (təhsildən sonra, Hərbi xidmətdən
sonra, məhkəmə qərarı ilə )
3.2 Vakansiyaların müxtəlif səbəbdən
azad olması ilə əlaqədar
-Pensiyaya cıxanlar
-Hərbi Xidmətə cağrılanlar ( səfərbərlik və s )
-Orta statistik işçi axını
-Orta Statistik ölum halları (təbii səbəblərdən və s)
4. Fəaliyyətin genişləndirilməsinə əsaslanaraq
5. Fəaliyyətin təkmilləşdirilməsinə əsaslanaraq (Yeni
texnalogiyaların cəlb edilməsi)
No comments:
Post a Comment