Friday, September 7, 2012

Kompetensiya əsaslı idarəetmə -1




Kompetensiyaların idarəedilməsi sistemi Şirkətlərdə dəyərlər əsasında hazırlanır və Şirkətin strateguyasının icra edilməsinə yönəlmiş sistemdir.
Kompetesiyaların idarəedilməsi sisteminin əsas məqsədi əməkdaşlarıın peşəkarlığının artırılması və idarəedilməsi ilə  Şirkətin bazarda rəqabət qabiliyyiyətliyinin formalaşdırılmasını təmin etmək və personalın idarəedilməsi sahəsindəki yanaşması dahada sistemləşdirilməsidir
Kompetensiyaların idarəedilməsi sistemi:
·         İşə qəbul;
·         Təlim və inkişaf;
·         Personalın qiymətləndirilməsi;
·         Motivasiya;
·         Rotasiya;
·         Karyera planlaşdırma;
·         İdarəçilərin yetişdirilməsi;
   ·   Əmək haqqı sisteminin tərkib elementi kimi istifadə etməklə idarəetmədə şəffaflığı təmin etməkdir

                KOMPETENSİYA ANLAYIŞI
              Kompetensiya- İş funksiyalarını müvəffəqiyyətlə icra edə bilmək üçün işçidən tələb olunan bilik,    
              bacarıq və davranış standartlarıdır.

Kompetensiya sisteminin tətbiq edilməsinin  6 əsas prinsipi
"Bilik", "Bacarıq", və "Kompetensiya"  anlayışlarının açıqlanması
"Bilik" - İşin görülməsi üçün əldə edilərək istifadə edilməli olan informasiya
"Bacarıq" - Nəticə əldə edilməsi üçün əldə edilmiş biliklərin tətbiq edilməsi.
"Kompetensiya"- Bacarıqların müəyyən edilmiş standarta uyğun olması

KOMPETENSİYA MODELİ.

            Kompetensiya modeli - Əməkdaşın funksiyalarını müvəffəqiyyətlə icra edə bilməsi üçün ondan tələb              
                olunan kompetensiya və  davranış indiqatorların toplusudur.
Effektiv kompetensiya modeli  tez başa düşülən, sadə şəkildə izah edilə bilən və sadə struktura malik olmalıdır. Modelin tətbiq edilməsini sadələşdirmək üçün kompetensiyaların  18 dən cox olmaması təklif edilir.

KOMPETENSİYA NÖVÜ

           Korporativ kompetensiyalar - Şirkətin dəyərləri  əsasında formalaşır və vəzifəsindən asılı  
            olmayaraq             şirkətdə olan  bütün  vəzifələrə şamil olunur.

           İdarəetmə kompetensiyaları-  Bu kompetensiyalar şirkətdə idarəetmənin bütün səviyyə    
           rəhbərlərinə  tətbiq edilir.
           Peşəkar kompetenisyalar  - Müxtəlif strukturlarda olan vəzifələr üçün tələb olunur.

KOMPETENSIYANIN  DƏRƏCƏLƏNDİRİLMƏSİ

Kompetensiyaların dərəcələndirilməsi zamanı 5 səviyyədə olması tövsiyyə edilir.  Beləki dərəcələndirmə zamanı səviyələrin çoxluğu qiymətləndirmə prosesini mürəkkəbləşdirir.

               

ardı var...


Tuesday, September 4, 2012

Personal Planlaması


Personal Planlamasına necə başlamaq


İlkin mərhələdə Şirkətin hədəfləri, biznes vahidinin və Strukturların hədəfləri əvvəlcədən müəyyənləşdirilir. Bu mərhələdə qoyulmuş hədəflərə çatmaq tələb olunan personalın  sayının, kompetentliyinin, və ehtiyacın müəyyənləşdirilməsi  üçün İR-ı məsləhətçi qismində çıxış edir.   Vəzifələr üçün tələb olunan kompetentlik və əməkdaşların mövcud kompetentliyi (BBİ-Bilik bacarıq və imkanları) -analiz edilir.  ( Nəticədən asılı olaraq müxtəlif təlim proqramları təşkilm edilə bilər və ya kənardan əməkdaş axtarmaq lazım gələ bilər)
Əsas məsələ Fərqin (GAP) müəyyən edilməsidir.

Daha sonra müxtəlif  metdolarla işçi sayını planlaşdırmaq olar məsələn

1.Hədəflərin Analizi- İş həcminin keçən ilə nisbətdə artımı və ya azalmasına uyğun olaraq işçi sayının planlaşdırılması mümkündür. (təbii ki bu kütləvi ixtisas sahiblərinə aiddir. bu işi daha da asnlaşdırmaq üçün iş şirkətdə iş ailələri üzrə bölgünün aparılmasına  + vəzifə ailəsi daxilində vəzifələrin nisbətinin müəyyənləşdirilməsinə ( 15 mühəndisə 1 baş mühəndis vəs bu tipdə bir şey.) zərurət yaranacaq.)

2. Kompetentlik analizi - Personaldan tələb olunan bilik bacarıq və imkanları dəqiq təyin edilməsidir: Bir işi iki nəfərə gördürün nət birinə 10 AZN vermək olar və keyfiyətinə şübhə ilə yanaşmaqdansa  və ya bir adama 16-17 AZN işin keyfiyyətindən əmin ola bilərsiniz.
Kompetentliyi müxtəlif modelləşdirmə metodundan istifadə edib müxtəlif iş ailələrinə görə müxtəlif tələblər təyin etmək olar. Bu metodun verdiyi nəticələri İR idarəedilməsinin demək olarki bütün sahələrində istifadə etmək olacaq

Aşağıdakı nümunədəki kimi



3.  Statistik metdolarla
3.1  Ştat cədvəlinə əsasən
   -Ştat cədvəlində boş qalan yerlər.
   -İşə yenidən bərpa olunan əməkdaşlar (təhsildən sonra, Hərbi xidmətdən sonra, məhkəmə qərarı ilə )
3.2  Vakansiyaların müxtəlif səbəbdən azad olması ilə əlaqədar
   -Pensiyaya cıxanlar
   -Hərbi Xidmətə cağrılanlar ( səfərbərlik və s )
   -Orta statistik işçi axını
   -Orta Statistik ölum halları (təbii səbəblərdən və s)
4. Fəaliyyətin genişləndirilməsinə əsaslanaraq
5. Fəaliyyətin təkmilləşdirilməsinə əsaslanaraq (Yeni texnalogiyaların cəlb edilməsi)